Saat:04:48
Haqqımızda

Paris təşviş içində: Fransa Bakının qarşısında niyə susur?

2024-06-06 11:17:20

Paris təşviş içində:  Fransa Bakının qarşısında niyə susur?

Paris Fransa koloniyalarının azadlıq hərəkatları ilə Azərbaycan dövləti arasında sıx əlaqələrin möhkəmlənməsindən ciddi narahatdır.

Bu çərşənbə günü Fransa Senatında mərkəzçi senator Lana Tetuanui polineziyalı deputatların Azərbaycana səfəri ilə bağlı “Parisin susmasından” narahatlığını bildirib.

“Keçən yanvarda Azərbaycan Fransız Polineziyası, Korsika və Yeni Kaledoniyanın müstəqilliyi haqqında qətnamə qəbul etdi”, deyən Tetuanui, keçən həftə müstəqillik fəallarından ibarət nümayəndə heyətinin “Polineziyanın müstəmləkəsizləşdirilməsi ilə bağlı razılaşmaları tamamlamaq” üçün Bakıya getdiyini xatırladıb.

Onun sözlərinə görə, “Polineziyanın separatçı seçilmiş məmurları tam cəzasız olaraq Azərbaycan hökumətinə getdikcə yaxınlaşır və Fransa rəhbərliyi buna imkan verir.

Bizim Sakit okean zonasında müstəqillik partiyalarının bu ittifaqları ilə bağlı Fransanın mövqeyi nədir və biz bu müdaxilə qarşısında ərazilərimizin sabitliyini və təhlükəsizliyini necə təmin etmək niyyətindəyik?”, deyəTetuanui ölə rəhbərliyinə qarşı sual səsləndirib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.341177