Paris Ermənistan-Azərbaycan sərhədinə 400 nəfərlik yeni missiya göndərəcək-rus teleqram kanallarından İDDİA

2023-01-13 12:17:00

Paris Ermənistan-Azərbaycan sərhədinə 400 nəfərlik yeni missiya göndərəcək-rus teleqram kanallarından İDDİA

Rusiya təhlükəsizlik qüvvələrinə yaxın teleqram kanallarına görə, Aİ Parisin təşəbbüsü ilə Ermənistan-Azərbaycan sərhəd bölgəsi üçün 400 nəfərə çatacaq yeni missiya hazırlayır. Qeyd edirlər ki, bunlar arasında erməni və rus dillərini bilən xüsusi xidmətlərin bir çox işçisi olacaq. Prosesi fransız diplomatı, Ermənistana səfər edən və Pashinyanla görüşmüş və Şarl Fris "kurasiya" edir.
Burada Fars səfirləri ilə İmperator Napoleon tərəfindən 4 May 1807-ci ildə bağlanmış Finkenstein müqaviləsini xatırlamaq yerinə düşür. Müqavilə Rusiya imperiyasına qarşı idi. Napoleon ümid edirdi ki, İran Gürcüstanı geri qaytarmaq istəyərək, Rusiya ilə ikinci cəbhə açacaq. Yəni, fransızların bölgəmizdə öz məqsədləri üçün bəzi təcrübələri var, bu məqsədlərdən biri Rusiyanı sıxmaqdır.
Tarix təkrarlanır. Paris indi farsların deyil, ermənilərin əliylə bölgədən Rusiyanın çıxarılması məqsədi ilə "oynamağa" və regiondakı moderatorlardan biri olmağa çalışır.

Ülviyyə, Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.164358