Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb
2024-09-07 19:57:48
Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
İkiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.
Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.