Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib
2024-07-29 21:41:33

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov mükafatlandırılıb.
Hurriyyet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan idmançıya qızıl mükafat təqdim olunub.
Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, finalda Hidayətə məğlub olan fransalı Con Benjamin Qaban gümüş, Moldovanı təmsil edən azərbaycanlı Adil Osmanov və yaponiyalı Soiçi Hasimoto bürünc medala sahib çıxıb.
