Papaya Kiyev və Moskvaya getmək qadağan edildi
2022-09-06 17:22:00
"Dizimdə problem yarandığı üçün həkim Kiyev və ya Moskvaya getməyi qadağan edib".
Hurriyyet.az xəbər verir ki, bunu Roma Papası Fransisk deyib.
"Səfər dəqiq deyil. Hələ ki, bilmirəm. Sabah prezident Zelenski ilə telefon danışığım var. Amma gedə bilmirəm, çünki Kanadaya səfərdən sonra dizimin sağalması bir qədər yavaşladı və həkim mənə qadağan etdi. Amma telefonla əlaqə saxlayıram və bacardığımı edirəm", - Roma Papası bildirib.
musavat.com
