Saat:17:26
Haqqımızda

Papa: “Bəzi kardinallar peyvənd olunmaq istəmirlər”

2021-09-16 10:20:00

Papa: “Bəzi kardinallar peyvənd olunmaq istəmirlər”

Hurriyyet.az yeniakit.com.tr saytına istinadən xəbər verir ki, katolikllərin ruhani lideri və Vatikan dövlətinin başçısı Papa Fransisk abortun cinayət olduğunu söyləyib.

Papa Macarıstanın paytaxtı Budepeştə və Slovakiyaya səfərdən sonra xaricdən qayıtdığı zaman təyyarədə jurnalistlərə açıqlamalar verib.

Papa deyib: “Abort cinayətdir, qətldir. İnsan həyatına hörmətlə yanaşmaq lazımdır, bu, çox açıqdır. Bir problemi həll eləmək üçün insan öldürmək doğrudurmu? Bir insanı öldürmək üçün muzdla qatil tutmaq doğrudurmu?”

Bircincli münasibətlər barəsində sualın cavabında Papa kişi ilə qadın arasındakı nigahın müqəddəs olduğunu və kilsənin bu müqəddəsliyi dəyişmək səlahiyyətinin olmadığını söyləyib.

Papa Fransisk Kovid-19 peyvəndi məsələsinə də toxunub: “Kardinallar arasında da peyvəndə qarşı  olanlar var. Bunlardan bir nəfər zavallı Kovid-19-a yoluxaraq xəstəxanaya aparıldı”.

Papa Vatikanda demək olar ki, hamının peyvənd edildiyini, peyvənd edilməyən kiçik bir qrupun qaldığını, onlara da yardım ediləcəyini söyləyib.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR