Saat:23:04
Haqqımızda

Pandemiya dönəmində doğulan uşaqlar nə qədər sağlamdır? - Həkim-ginekoloq danışır

2021-09-16 13:20:00

Pandemiya dönəmində doğulan uşaqlar nə qədər sağlamdır? - Həkim-ginekoloq danışır

Pandemiya dönəmində doğulan uşaqlar nə qədər sağlamdır? Bu dönəmdə  hamilə xanımların ən çox rastlaşdıqları problemlər hansılardır? Bu və digər mövzularla bağlı həkim-ginekoloq Rəşad Sultan Moderator.az-ın suallarını cavablandırıb.

44 günlük müharibə dönəmində cəbhə bölgəsində ön xətdə Tabor Tibb məntəqəsinin rəisi vəzifəsini icra edən müsahibimiz həmin dönəmdə gördükləri və yaşadığı hadisələrdən danışdı.

- Pandemiya dönəmində hamilə xanımlar sizə ən çox hansı problemlərlə müraciət edib?

- Son iki ayadək bir dəyişiklik yox idi. Amma son 2-3 ayda hamilələr arasında “COVİD” 100% yayılıb desəm yalan olmaz. Demək olar ki, son dalğada  bütün hamilələrimiz  virusa yoluxdu.  

- Bəs belə olduğu halda koronavirusa yoluxan ana övladı üçün təhlükə deyilmi? 

-  Koronavirus dölə keçmir və döldə problem yaratmır. Amma hamilənin vəziyyətini ağırlaşdıra bilər.

-Əmək fəaliyyətinizdə insanların həyatından müxtəlif hekayələrlə tanış olursunuz. Hansı hekayə və ya hekayələri hər zaman xatırlayırsınız?

-Düzü, əvvəllər bu tip hekayə və dialoqları sosial media səhifəmdə tez-tez paylaşırdım. Amma gördüm ki, pasiyentlər və tibbdən uzaq insanlar inciyir, paylaşmamağa başladım. Yadımda qalan diaqloqlardan bir neçəsini paylaşım:

-Pasiyent:
- Həkim, mənim follikullarımda partlayış olmur
Mən: - yaxşı ki, olmur...
-Həkim, məndə bir xəstəlik var, adı yadımdan çıxıb, “s” hərfi ilə başlayır.
Mən:
- polikistoz?
- həə, ay sağ ol...

- Azərbaycanda qadınlar ginekoloqa vaxtı-vaxtında müraciət edirmi?

- Çoxluq vaxtından da tez müraciət edir.
- Bir qadının ana olmaq yaşı neçədir? Bədən hansı yaşda özünü evliliyə və analığa hazır hiss edir?

- Biz ginekoloqlar 20 yaşdan öncə hamiləliyin qəti əleyhinəyik. Bu zaman vaxtından tez doğuş təhlükəsi daha çox görülür ki, bu da yenidoğulmuş ölümlərin və şikəstliklərin bir nömrəli səbəbidir. 
35 yaşdan sonra da hamilə qalmaq çətinləşir, düşük, vaxtından əvvəl doğuş, qüsurlar və digər problemlər daha çox görülür. Beləliklə, ən optimal yaş 20-35 yaş aralığıdır.

-44 günlük müharibə dövründə siz də orduda xidmət etdiniz. Çox istərdik ki, ümumi mənzərəni təsvir edəsəniz.

- Bütün müharibələr siyasətin bir parçasıdır. Mən, həkim olaraq, insan ölümlərinin əleyhinə olan, insanların millətindən asılı olmadan eyni olduğunu bilən və bu səbəblərdən müharibələrə  qarşı olan bir insanam. Amma 44 günlük Vətən Müharubəsibdə bir şeyə dəqiq əmin oldum ki, biz dar gündə birləşməyi, mübarizə aparmağı bacaran xalqıq. Məncə, qələbəmizin mahiyyəti xəritədən, cəbhə xəttindən ziyadə, məhz bunda, yəni xalqımızın birliyi və mübarizliyindədir.

- Döyüşdə hansı əməliyyatlara və müayinələrə nəzarət edirdiniz?

- Mənə yaralı gətirmirdilər. Mən taborun həkimi olaraq, ən ön xətdə xidmət edən tibb işçisi idim. Yaralıları döyüş meydanından çıxarıb, ilk yardım göstərərək təxliyyə edirdim. Ən ağır yaralılar görürdüm. Bunlardan danışıb insanların ürəyini sıxmaq istəməzdim. Onu deyə bilərəm ki, müharibə vaxtı 44 gündə xəstəlikdən şikayət edən görmədim. Xəstə olan  əsgərlərimiz də xəstəliyini gizlədib, döyüşmək istəyirdi. Mənə ən çox müsbət mənada təsir edən bu oldu.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR