Paludan əməlini Rusiya səfirliyinin qarşısında təkrarlamaq istəyir

2023-01-24 16:37:00

Paludan əməlini Rusiya səfirliyinin qarşısında təkrarlamaq istəyir

Çeçen döyüşçü onu “terrorçu” adlandırdığına görə

Hurriyyet.az xəbər verir ki, İsveçin paytaxtı Stokholm şəhərində Türkiyə səfirliyinin qarşısında müqəddəs kitabı yandıran danimarkalı şovinist Rasmus Paludan əməlini Rusiya səfirliyinin qarşısında təkrarlamaq istəyir. Bunun səbəbi kimi olaraq o, İsveçin çeçen əsilli qarışıq döyüş ustası (MMA) Hamzat Çimayevin sözlərindən xoşlanmadığını bildirib.

Paludan deyib: “Onun məni təhqir eləməsindən sonra bütün Çeçenistan məndən xüsusi “salam” almalıdır – Rusiya səfirliyinin qarşısında Quranı yandıracağam”.

O, Çeçenistanı “Rusiyanın kiçik parçası” adlandırıb.

Xatırladaq ki, Yaxın Şərq ölkələri, Türkiyə, Azərbaycan, İran, Rusiya Paludanın İsveçdəki Türkiyə səfirliyinin qarşısındakı əməlini qətiyyətlə pisləyiblər.

Qeyd edək ki döyüşçü Hamzat Çimayev öz “İnstaqram” səhifəsində bütün inanclı insanları səssiz qalmamağa çağırmışdı: “Bizim üçün o, terrorçudur. Mən müsəlmanam, lakin heç vaxt başqa dnlərə qarşı olmamışam və heç vaxt onun elədiyini etməyi özümə rəva bilmərəm. Niyə onun bu əməli törətməsinə imkan verirsiniz? Biz susmamalıyıq. Bizi öz qardaşlarımız adlandırırsınızsa, hörmətinizi göstərin!”

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000074