PAKİSTANIN ÜÇDƏ BİRİ SEL SULARININ ALTINDA QALIB

2022-09-06 21:04:00

PAKİSTANIN ÜÇDƏ BİRİ SEL SULARININ ALTINDA QALIB

Üç aya yaxındır ki, yağışlar davam edir

Hurriyyet.az xəbər verir ki, Pakistanda aylarla davam edən sel fəlakəti nəticəsində ölkənin üçdən biri suyun altında qalıb, milyonlarla insan evsiz qalıb. Pakistanda 14 iyun tarixindən bəri davam edən musson yağışları nəticəsində 1300 nəfərdən artıq insan sel və daşqınların qurbanı olub.

Pakistanın Baş naziri Şahbaz Şərif bu dağıdıcı daşqınları ölkə tarixində “ən ağır sel fəlakəti” adlandırıb.

“Qardian” nəşrinin yazdığına görə, fəlakət nəticəsində 33 milyon insan zərər çəkib, 1,6 milyon ev dağılıb, ziyanın miqyası 10 milyard dollar məbləğində qiymətləndirilir.

Hazırda 1325 nəfərin sel sularında həlak olduğu bildirilir – onlardan 458 nəfəri uşaqdır. 12 min nəfər yaralanıb. Daşqınların yaratdığı antisanitariya nəticəsində zəhərlənmə və malyariya halları geniş yayılıb.

BBC-nin verdiyi məlumata görə, Pakistanın Xarici İşlər naziri Hina Rabbani Khar vəziyyəti "qiyamət böhranı" adlandırıb. Nazir deyib: "Yoxsulların ən yoxsulu olanlar, karbon atığısıfır olanlar iqlim böhranının cəzasını çəkirlər".

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059395