Pakistanın Baş naziri Putinə məktubunda nə yazıb?

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif Rusiya Prezidenti Vladimir Putinə məktubla müraciət edərək, Hindistanla münqaişədə ondan dəstək istəyib.
Pakistanın Baş nazirinin xüsusi köməkçisi Seyd Tarik Fatemi "Valday" beynəlxalq diskussiya klubundakı çıxışı zamanı bu barədə məlumat verib.
Fatemi deyib: "Qonşular hər an müharibəyə başlamağa hazır olduqları şəraitdə yaşaya bilməzlər. Biz qonşu ölkələrə - ABŞ-yə, Aİ-yə, Rusiyaya mühüm şəxsləri göndərərək izah eləmişik ki, istənilən bir ölkədən, yaxud da BMT-dən, Pakistanla Hindistan arasında neytral mövqe tutan bir dövlətdən gələcək istənilən təklifi müzakirə edək. Biz onlarla masa arxasına keçməyə, onların problmin həllinə kömək etməsinə imkan verməyə hazırıq.
Dünən Rusiyanın xarici işlər naziri cənab Lavrovla görüşdüm. Ona öz Baş nazirimizin məktubunu və cənab Putinə müraciətini verdim. Biz Hindistanla Pakistanın danışıqlar masasında oturması və sülh razılaşmasına nail olması üçün bütün bu ölkələrdən öz nüfuzlarından istifadə etmələrini xahiş etmişik".
O, həmçinin qeyd edib ki, Pakistan Rusiyadan Hindistanla münasibətlərdə gərginliyin səviyyəsini azalda biləcək hər hansı bir təşəbbüs gözləyir: "Biz temperaturu azalda biləcək istənilən təşəbbüsdə Rusiyanın dəstəyini görmək üçün buradayıq. Pakistan ilə Hindistan danışıqlar masasına oturmalıdır".
Hürr Tərcüman
