Pakistanda TikTok proqramı yasaqlandı

2021-07-21 13:50:00

Pakistanda TikTok proqramı yasaqlandı

Hurriyyet.org xəbər verir ki, Pakistanda ötən ilin oktyabr ayından bəri Çinin sosial media proqramı olan TikTok növbəti dəfə qadağan edilib.

Pakistan Telekommunikasiya Agentliyinin “Tvitter”də verdiyi açıqlamada TikTok platformasının internet saytına girişinin əngəlləndiyi bildirilir.

Pakistan Telekommunikasiya Agentliyi ilk dəfə 9 oktyabr tarixində “əxlaqsız” məzmunlara nəzarət edilə bilmədiyi üçün TikTok proqramını qadağan etmişdi. Oktyabrın 19-da  TikTok şəbəkəsinin nalayiq məzmunlu hesablamaları əngəlləyəcəyini vəd etməsindən sonra ilk qadağa ləğv edilmişdi.

Peşaver Ali Məhkəməsi isə 11 mart tarixində “cəmiyyətdə ədəbsizliyi yaydığı” üçün TikTokun qadağan edilməsi hökmünü vermişdi. Aprelin 1-də isə məhkəmə bu qadağanı ləğv eləmişdi.

28 aprel tarixində Sindh Ali Məhkəməsində TikTokun yaydığı “ədəbsiz” videolara görə zərərçəkmiş bir pakistanının şikayəti ilə iclas keçirilmiş, 8 iyul tarixində keçiriləcək növbəti iclasa qədər TikTok proqramının əngəllənməsi qərara alınmışdı. İyulun 2-də isə bu qərar ləğv edilib.