Pakistanda terror
2024-11-01 18:15:09
Hurriyyet.az xəbər verir ki, noyabrın 1-də Pakistanda baş vermiş partlayış zamanı azı 7 nəfər həlak olub, 23 nəfər yaralanıb. Həlak olanların 5 nəfəri məktəbli qızlardır.
Bu barədə "Röyter" agentliyi yerli polis idarəsinə istinadla məlumat verib.
Partlayış Mastunq şəhərindəki qız məktəbinin yaxınlığında, motosikletə yerləşdirilmiş əldəqayırma qurğunun işə düşməsi nəticəsində baş verib. Partlayışın hədəfi polimielitdən peyvənd edilməyə gedən komandanı müşayiət edən polis furqonu olub.
Həlak olanlardan biri polis işçisidir. Yaralananların arasında polis zabitləri də var. Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Hürr Tərcüman