Pakistanda partlayış: Ölənlərin sayı artdı
2025-06-28 14:57:11

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Frans-Press Agentliyi məlumat yayıb.
"Terrorçu-kamikadze partlayıcı maddələrlə dolu avtomobillə əsgərlərin kolonuna girib", - dövlət nümayəndəsi agentliyə bildirib.
***
Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ən azı 16 nəfər həlak olub.
Bu barədə TASS yerli administrasiya və təhlükəsizlik xidməti nümayəndələrinə istinadən məlumat yayıb.
Axar.az
