Pakistanda kamikadze özünü partlatdı - 2 ölü, 24 yaralı
2022-11-30 11:07:00
Pakistanın Qvetta şəhərində terrorçu kamikadze özünü partladıb.
Hurriyyet.az xəbər verir ki, hadisə poliomielitə qarşı peyvənd məntəqəsinin yaxınlığında baş verib.
İnsident nəticəsində 2 nəfər həlak olub, daha 24 nəfər isə yaralanıb.
Həlak olanların biri polis əməkdaşı, digəri isə azyaşlıdır. (qafqazinfo)