Pakistanda İmran Xanın tərəfdarları küçələrə axışdı

2022-04-28 18:27:00

Pakistanda İmran Xanın tərəfdarları küçələrə axışdı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Pakistanda keçmiş Baş nazir İmran Xanın tərəfdarları paytaxt İslamabad şəhərində yeni qurulan hökumətə qarşı etiraz nümayişi keçiriblər. Onlar növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

İmran Xanın rəhbəri olduğu “Təhrik-i-İnsaf” partiyası İslamabad şəhərinin girişində avtomobillərdən və motosikletlərdən ibarət karvan yaradaraq, parlamentin, nazirliklərin və diplomatik nümayəndəliklərin yerləşdiyi qırmızı zonaya yaxınlaşıblar. Onlar Pakistanın və partiyanın bayraqlarını qaldıraraq, növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər. Polis ehtiyat tədbiri olaraq, qırmızı zonaya girişi bağlayıb.

Keçmiş Baş nazir İmran Xan vəzifədən çıxarılmasının arxasında ABŞ dövlətinin durduğunu bəyan edib.

İmran Xan Pakistan parlamentinin etimadsızlıq səsverməsi nəticəsində (174 səs əleyhinə) aprelin 10-da istefa vermişdi.

Aprelin 11-də keçirilən seçkilərdə səs çoxluğu ilə (174 səs lehinə) Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçilib. O, üç dəfə ölkənin Baş naziri seçilmiş Navaz Şərifin qardaşıdır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya