Pakistanda ildırım ilə sellər dağıntılara və tələfata səbəb olub
2024-04-15 17:56:00

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Pakistanın Pəncab, Belucistan və Hayber Pantunhva vilayətlərində son 3 gündə yağan leysan yağışlar və ildırım vurması nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb. Rəsmi orqanların məlumatına görə, həlak olanların əksəriyyəti buğda biçini zamanı ildırım vuran əkinçilərdir.
Yağışlar nəticəsində yaranan sellər çox sayda evləri zədələyib, infrastrukturu sıradan çıxarıb.
2022-ci ildə Pakistanda baş verən sellər nəticəsində 2 min nəfərə yaxın sakin həyatını itirmiş, ölkənin üçdə biri suyun altında qalmışdı.
Hürr Tərcüman
