Saat:03:58
Haqqımızda

Pakistanda güclü leysan - ölənlər və yaralananlar var

2024-04-01 11:05:09

Pakistanda güclü leysan - ölənlər və yaralananlar var

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Pakistanda güclü yağışlar nəticəsində Xeybər-Paxtunxua vilayətində 8 nəfər həlak olub, 12 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti uşaqdır - onlardan üçü eyni ailənin 3-7 yaş arasındakı övladlarıdır. Qurbanların bir qismi seldə boğulub, digərləri isə yağışın səbəb olduğu dağıntılarda həyatını itirib. 2 uşaq itkin düşüb - onları sel aparıb. 
Rəsmi açıqlamada bölgənin bəzi rayonlarında şiddətli yağışlar nəticəsində evlərin damlarının çökdüyü, selin bəzi yolları bağladığı bildirilir.
Xeybər-Paxtunxua vilayətinə yağan güclü yağışlar martın 2-də də selə və evlərin damının uçmasına, torpaq sürüşmələrinə və nəticədə 30 nəfərin ölümünə səbəb olmuşdu.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.206566