Pakistanda generalın içərisində olduğu vertolyot yoxa çıxdı

2022-08-02 17:09:00

Pakistanda generalın içərisində olduğu vertolyot yoxa çıxdı

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Pakistana içərisində general-leytenant Sarfaraz Əlinin də olduğu 6 nəfər hərbçini daşıyanvertolyot itkin düşüb.

Pakistan ordusunun açıqlamasına görə, Belucistan vilayətindəki sel səbəbindən başladılan yardım fəaliyyətinin gedişatından xəbərdar olmaq istəyən bir qrup hərbi personla vertolyotla bölgəyə səfər edib.

Səfərdən geri qayıdan general-leytenant Sarfaraz Əli də daxil olmaqla 6 hərbçini daşıyan vertolyot Karaçiyə doğru yola düşüb.

Belucistandan çıxmasından 6 saat keçməsinə baxmayaraq, vertolyotla əlaqə saxlamaq mümkün olmadıqdan sonra axtarış-xilasetmə işləri başladılıb.

Baş nazir Şahbaz Şərif “Tvitter”də açıqlama verərək vertolyotun itməsinin narahatlıq doğurduğunu yazıb.

Hürr Tərcüman

Vehicles drive through a flooded road following heavy rains in Lahore, Pakistan


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.091164