Pakistanda fəlakət - 1400 nəfər həlak oldu, minlərlə yaralı var

2022-09-12 19:12:00

Pakistanda fəlakət - 1400 nəfər həlak oldu, minlərlə yaralı var

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, iyunun 14-dən başlamış musson yağışları Pakistanın bir sıra regionlarında çox sayda ölümlərə və dağıntılara səbəb olub.

Yerli mətbuatın yazdığına görə, iyun-sentyabr aylarında Pakistana son 30 ilin normasından 5-6 dəfə çox yağış yağıb.

Pakistanın Təbii Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına görə, Pakistanda 1400 nəfərdən çox adam (o cümlədən 499 uşaq və 280 qadın) sellərin və daşqınların qurbanı olub, 12 728 nəfər isə xəstəxanaya aparılıb.

Sel nəticəsində 1 milyon 743 min 345 ev dağılıb, onlardan 568 817 nəfəri tamamilə dağıdılıb, 750 min 223 baş ev heyvanı məhv olub.

Bütün ölkə boyunca 33 milyon 46 min 329 nəfər selin mənfi təsirinə məruz qalıb. 663 min 869 nəfər çadır düşərgələrinə yerləşdirilib.

Sel suları Pakistan ərazisinin üçdə birini örtüb.

BMT-nin Baş katibi Antoniu Quterriş sel sularının Pakistana 30 milyard dollar zərər verdiyini bəyan edib və dünya dövlətlərini bu ölkəyə yardım eləməyə çağırıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055715