Saat:05:08
Haqqımızda

Pakistanda bomba partladı: ölü və yaralılar var

2024-03-30 23:28:09

Pakistanda bomba partladı: ölü və yaralılar var

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərinin şimal-şərqində yerləşən Ernai rayonunda bomba partlayıb.

Bu barədə AP nəşri ölkə polisinə istinadən məlumat yayıb.

Ernai komissarının müavini Caved Domki bildirib ki, əldəqayırma partlayıcı qurğu "Mari Petroleum"dan bir qrup qaz kəşfiyyatı apararkən partlayıb. Partlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Partlayış nəticəsində 1 nəfər ölüb, 3-ü hərbçi olmaqla 14 nəfər yaralanıb. \\Axar.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR