Saat:03:43
Haqqımızda

Pakistanda baş verən partlayış: ölənlər var

2024-05-14 22:56:12

Pakistanda baş verən partlayış: ölənlər var

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb.

Bu barədə Pakistan polisi məlumat yayıb.

Məlumata görə, Əfqanıstanla həmsərhəd olan Hayber Pahtunhva əyalətinin şimal-qərbindəki Cənubi Vəziristan dairəsində yerləşən Tanqi Badinzay rayonunda yaşayış binasına əldəqayırma partlayıcı qurğu yerləşdirilib və partlayıcı məsafədən idarə olunan qurğu ilə işə salınıb.

Son məlumatlara görə, partlayış nəticəsində azı 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlər arasında iki qadın və bir uşaq da var.

Hadisə yerində araşdırma aparılır.\\Ölkə.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.218661