Pakistanda 51 terror aktı törədildi
2024-02-09 22:45:20
Pakistanın müxtəlif bölgələrində seçki prosesini pozmaq üçün ümumilikdə 51 terror aktı həyata keçirilib.
Bu barədə Pakistan Ordusunun mətbuat xidməti məlumat yaıb.
Məlumata görə, terror aktları əsasən ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva və cənub-qərbindəki Bəlucistan əyalətlərində baş verib.
Hücumlar nəticəsində 10-u təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla, 12 nəfər həlak olub, 39 nəfər isə yaralanıb. Eyni zamanda, müxtəlif əməliyyatlar zamanı beş terrorçu məhv edilib.\\Trend