Pakistan Hindistana nota verdi

2022-08-26 21:29:00

Pakistan Hindistana nota verdi

Hurriyyet.az “Star” nəşrinə istinadla xəbər verir ki, Hindistanın Cammu Kəşmir bölgəsində pakistanlı məhkumun ölümü ilə əlaqədar Pakistan Yeni Dehliyə etiraz notası göndərib. Bu barədə məlumatı Pakistanın Xarici İşlər Nazirliyi verib. Nota nazirliyə çağrılan Hindistan diplomatına təqdim olunub.

Açıqlamada pakistanlı məhkum Məhəmməd Əli Hüseynin “mühakiməsiz edam” edildiyi və Hüseynin “saxta atışmada” Hindistan qüvvələri tərəfindən öldürüldüyü vurğulanır. Hüseynin ölümü ilə bağlı hekayənin aldadıcı olduğuna işarə vurulan açıqlamada Yeni Dehlidən hadisə ilə bağlı detalları və ölüm səbəbinə dair etibarlı ekpertiza rəyi verilməsi tələb edilib.

Açıqlamada 461 nəfər pakistanlı məhkumun təhlükəsizliyi ilə bağlı narahatlıq da səsləndirilib.

Hüseyn 2006-cı ildən indiyə qədər Cammu Kəşmirləki Kot Bhaval həbsxanasında olub. NDTV televiziyasının Hindistan məmurlarına istinadla verdiyi xəbərdə Hüseynin bir polisin silahını oğurladığı və iki ölkə arasındakı sərhəddən qaçmağa çalışarkən vurularaq öldüyüldüyü deyilmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061800