Saat:02:22
Haqqımızda

"Pakistan-Bakı əməkdaşlığı fonunda Hindistan da İrəvanı müttəfiq hesab edir" - Bayburtyan

2022-11-28 12:30:00

“Pakistan və Bakı arasında əməkdaşlıq fonunda Hindistan İrəvanı müttəfiq hesab edir”.

Hurriyyet.az KONKRET.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Hindistandakı ilk fövqəladə və səlahiyyətli səfiri Armen Bayburtyan erməni mediasına müsahibəsində deyib.

O bildirib ki, Pakistanla Bakının əməkdaşlığı fonunda Hindistan İrəvanı müttəfiq kimi görür.

Onun sözlərinə görə, Hindistan Ermənistan üçün dost ölkədir.

“Erməni icmasının Hindistanda 400 ildən artıq yaşadığını nəzərə alsaq, bu dostluq təkcə tarixi əlaqələrə deyil, həm də qarşılıqlı, üst-üstə düşən siyasi, iqtisadi və strateji maraqlara əsaslanır. Ermənistan-Hindistan münasibətləri ictimai olub-olmamasından asılı olmayaraq daim yüksəlişdədir.

2000-2004-cü illərdə Hindistanda səfir işlədiyim dövrdə məhdud xarakter daşıyan hərbi əməkdaşlıq haqqında ilk saziş imzalanıb”, – diplomat deyib.

O qeyd edib ki, bu gün ikitərəfli əlaqələr daha da yüksək səviyyəyə qalxıb. Hərbi əməkdaşlıq haqqında çox danışılır.

“Birincisi, bunlar yaxın qarşılıqlı maraqlardır. Pakistan və Azərbaycan arasında, o cümlədən hərbi sahədə sıx qarşılıqlı fəaliyyət və əməkdaşlıq Hindistanın Ermənistanla münasibətləri inkişaf etdirmək istəyinə təsir göstərir. Ancaq bu amillərdən yalnız biridir. Ən mühüm amil Hindistanın dünyanın beşinci iqtisadiyyatına çevrilməsi, 10 ildə dünya siyasətinin əsas aktorlarından birinə çevrilməsidir. Nəzərə alsaq ki, Hindistan Ermənistanı təbii müttəfiq hesab edir, bu o deməkdir ki, Yeni Dehlinin artan nüfuzu ilə paralel olaraq dünyada Ermənistanla da münasibətlər möhkəmlənir. Hindistan Şərqlə Qərbin kəsişməsində yerləşən Ermənistanın əhəmiyyətini anlayır”, – deyə Bayburtyan bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR