PA-nın müraciətlərin qəbulu şöbəsi pullu xidmət göstərir ?

2022-06-04 13:07:00

PA-nın müraciətlərin qəbulu şöbəsi pullu xidmət göstərir ?

Nə elektron qaydada,  nə də kağız üzərində müraciətlər qəbul edilmir

Əvvəllər Prezident Administrasiyasının sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin işi elə yüksək səviyyədə qurulmuşdu ki, hətta iş günü olmayan günlərdə Administrasiyanın çölündəki kiçik kabinetin qapısında qoyulan poçt qutusuna məktubları atmaq olurdu. Covid-19 pandemiyasının “qüvvəyə minməsi” administrasiya ilə birlikdə vətəndaşların məktublarını qəbul edən kabinetin də işini dayandırdı. Maraqlıdır ki, elektron müraciətlərə də texniki qadağa qoyuldu və bu qadağa hələ də sürməkdədir. Hətta əvvəllər 1500 işarəlik mətnin üçqat azaldılması “rekonstruksiyası” da elektron qadağanı aradan qaldırmayıb. Yenə də ad-soyad, ata adı qrafasının , təbii ki, hərflərlə doldurulmasına baxmayaraq, “məlumat yalnız hərflərdən ibarət olmalıdır” “qırmızı tələbi” elektron məktubun göndərilməsinə qadağa qoyur! Və hələ də bu süni qadağanın aradan qaldırılması həyata keçirilmir. Ümumiyyətlə, elektron müraciətlərlə müqayisədə məktublarla müraciətlərə daha diqqətlə baxılmasını vurğulayaq. Elə buna görə də, insanlar daha çox kağız üzərində yazılı müraciətlərə üstünlük verirlər. 

Son iki ilin pandemiya qadağalarının yumşaldılması Prezident Administrasiyasının çölündəki sənəd qəbulu kabinetinin qapısının açılmasına gətirib. Amma əvvəlki kimi vətəndaşların məktubları qəbul edilmir. Poçt qutusu ümumiyyətlə qoyulmayıb. Məktubla gələnlərə poçt şöbəsindən məktub göndərməyi bildirirlər. Belə çıxır, PA pullu xidmətə keçib? Gündəlik çörək pulunu güclə əldə edən vətəndaşın 5-10 çörək qiymətində poçthaqqını ödəməyə imkanı yoxdur axı! PA-nın çölündə poçt qutusu qoyulması belə çətindir? Onu da vurğulayaq ki, bir addımlıqdakı Nazirlər Kabineti əvvəllər qəbul otağına qoyduğu poçt qutusunu indi çöldə qoyub. Görəsən, PA-nın vətəndaşların məktubla  müraciət etmək hüququna qadağa qoyması nədən qaynaqlanır ? Bəlkə poçt qutusunun və içinə atılan məktubların oğurlanmasından çəkinilir? Ağlabatan deyil. Nədən gecə - gündüz Administrasiyanın , yanındakı hökumət məmurlarının binalarının və təbii ki, poçt qutularının keşiyində sayıq dayanan “novruzəlilər” qutunun və içindəkilərin oğurlanmasına imkan verməzlər. 

Görəsən PA-nın sənədlər və müraciətlərlə iş şöbəsi nə işlə məşğul olur? 65 pensiya  yaşı iyulun 14-də tamam olacaq  şöbə  müdiri Süleyman İsmayılovun “elmi fəaliyyətə” keçməsinin vaxtı deyilmi?  Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş ,dövlət qulluğu və kadr məsələlərinə həsr olunmuş bir neçə “elmi” kitabın və çoxsaylı “elmi” məqalələrin müəllifinin birbaşa “elmlər doktoru” kimi “elmi fəaliyyətini” AMEA -da sürdürməsi həm vətəndaşların xeyrinə olar, həm də “helmin”.

GundemXeber.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya