Özünü DTX əməkdaşı kimi təqdim edən şəxs SAXLANILDI - VİDEO
2023-01-06 22:01:00

DTX-nın adından istifadə edərək vətəndaşları aldadan Qurbanov Ruslan Əkbər oğlu DTX tərəfindən müəyyən edilərək saxlanılıb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə daha əvvəl həmin məsələni ictimailəşdirən “Avtobazar TV” səhifəsinin admini, videobloqer Elvin Hüseynli özü məlumat yayıb.
Məlumata görə, aparılan araşdırmalar zamanı həmin şəxsin Ruslan Qurbanov olduğu müəyyən edilib və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Məlum olub ki, R.Qurbanovun daha əvvəllər də müxtəlif maddələr üzrə məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, R.Qurbanovun ziyan vurduğu şəxslər bu barədə hüquq-mühafizə orqanlarına məlumat verə bilərlər (oxu.az).
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya