Özünü azad hiss etmək dəlilik imiş…

2022-12-27 10:29:00

Özünü azad hiss etmək dəlilik imiş…

Bəhlul Mədəniyyət Evində işə düzəlmişdi. Tez-tez gedib-gəlirdi. Ayda bir dəfə də rayon mədəniyyət işçilərinin tədbir zalında iclasları keçirilirdi. İclas deyəndə, çox da böyük şeylərin baş verməsini düşünməyin. Sadəcə həmin gün əmək haqqı verilirdi və müdir bütün işciləri bir araya yığırdı ki, “donuzdan bir tük də qənimətdir” misalı, beş-üç manat maaşlarından tutsun.

Hə, bir də hər dəfə bu iclasda kimin YAP-a üzv olub-olmadıgının sorgu-sualı aparılırdı.

İşlədiyi müddətcə üzvlükdən imtina edən Bəhlula başda duranların məzəmmtlə baxmasını başa düşsə də, yerdə qalan işçilərin özlərinin də partiyaya könülsüz keçdikləri halda, ona divanə kimi baxmaqlarını heç cür anlaya bilmirdi. Onsuz da az olan əmək haqlarının, bir qismini də müdriyyətin almasına, Bəhlulun partiyaya üzv olub-olmamasının bu işçilərə nə isti-soyugu görəsən?! Bununla onların maaşlarının artamayacagı aydın idi.

Əsas gəlir yeri bura olmadıgından, işdən çıxarılması təhlükəsindən də qorxmadıgına görə, neçə ilini bu cür yola verməsinə səbəb sərbəst olmaq istəyi idi. Qeyri bir səbəbi yox idi. Hər dəfə iclasda gedən söz-söhbət bu yolda onu bir az da tərsləşdirirdi.

Gün gəldi, Bəhlulun digər qazanc yeri kəsildi, onun evinə apardıgı pul yalnızca Mədəniyyət Evindən gələn gəlir oldu. Növbəti iclasların birində işdən çıxarılmaq qorxusundan, nəhayət ki, o da YAP-a üzv seçildi. Kənardan baxdıqda özündə fövqəladə bir dəyişikliyik sezilməsə də, iş yerində ona qarşıi böyük dəyişiklik hiss olundu. Sanki hamının baxışı dəyişdi, onu özlərinə doğma bildilər. “Divanə” deyil, “Bəhlul Danəndə” deyə çağırmağa başladılar. Amma o, bir daha özünü əvvəlki kimi azad hiss edə bilmədi.

Sən demə, gərək cəmiyyətin səndən razı qalmasından ötrü nəyəsə möhtac olub, özgürlüyündən əl çəkəsən. Sən demə, özünü azad hiss etmək dəlilik imiş.

ŞAMİL


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.191057