Özündən 52 yaş böyük arvadından 32 milyon miras qaldı: Pulu götürə bilmir

2022-05-19 19:37:00

Özündən 52 yaş böyük arvadından 32 milyon miras qaldı: Pulu götürə bilmir

Özündən 52 yaş böyük həyat yoldaşından qalan 32 milyon lirə mirasdan istifadə edə bilmir.

 

Qəribə olay Türkiyədə baş verib.

 

2005-ci ildə 22 yaşlı Harun Erikçi özündən 52 yaş böyük və o zaman 74 yaşında olan Hatice Nuran Temizellə tanış olub. Erikçi 9 il Hatice Nuran Temizel ilə yaşayıb. Harun Erikçi 2014-cü ildə 31 yaşında 83 yaşlı Hatice Nuran Temizellə ailə həyatı qurub.

Üç il sonra Hatice Nuran Temizelin bacısı nikahın ləğvi üçün məhkəməyə müraciət edib. Hatice Nuran Temizel həmin tarixdə, 86 yaşında dünyasını dəyişib.

 

Bundan sonra, Temizelin təxminən 4 milyon dollarlıq sərvəti bacısı və əri Harun Erikçiyə qalıb. Lakin nikahın ləğvi ilə bağlı məhkəmə iddiası olduğundan Erikçinin vərəsəlik payı ilə bağlı tədbir görülüb.

 

Harun Erikçi Xədicə Nuran Temizellə tanış olduğu zaman zibil yığdığmaqla məşğul olduğunu deyib: "Binada şəxsi mənzilləri var idi, amma zibil yığırdı. Bəziləri onu narahat edir, pulunu alırdılar. Mən də ona Kömək etmək istədim, beləcə tanış olduq. Xədicə Nuranla 12 il birlikdə yaşadıq. Biz sevib evlənməmişik. Evlilik təklifi ondan gəlib.

 

O, mülkünün bacısının övladlığa götürdüyü uşaqlarına qalmasını istəmədiyini, razılaşmasam, başqasını tapacağını söylədi. Evliliyimiz beş il davam etdi, dördüncü ildə bacısı məhkəməyə müraciət etdi. Yoldaşım vəfat edəndən sonra mirasın yarısı qardaşına keçdi.

 

Qardaşı rəhmətə gedəndən sonra övladlığa götürdüyü övladları da mənim mirasımı istədi. Onlar 45 ildir ki, bir-birlərini görmürdülər. İddia ərizəsi ilə bağlı xəbərdarlıq qərarı çıxarıldığı üçün vərəsəlik edə bilmədim və mirasa sahib ola bilmədim”.

 

Temizelin bacısı tərəfindən qaldırılan və övladlarının davam etdirdiyi iddiada Harun Erikçi ilə Hatice Nuran Temizel arasında 52 yaş fərq olduğu qeyd edilərək, bu vəziyyətin "adi həyat tərzinə zidd” olduğu vurğulanıb. /azxeber.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya