"Özümüzü Ermənistandan ötürülən dezinformasiya tələsindən qorumalıyıq" - POLİTOLOQ

"İranlı "ekspertlər" erməni qardaşlarıyla birləşərək ölkəmiz əleyhinə təxribatlarını davam etdirirlər"
"İran rəsmiləri açıqlama veriblər ki, İsrail İrandakı hərbi mərkəzlərə hücumu İraqın şimalından həyata keçirib. Erməni "ekspertləri" isə elə hey bildirirlər ki, "İsrail Azərbaycan ərazisindən istifadə edib". Ermənistandakı dairələrin məqsədi aydındır, İrəvan yaydığı dezinformasiyalar vasitəsilə İran-Azərbaycan münasibətlərindəki gərginliyin daha artmasına çalışır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
"Əlbəttə, İranın siyasətini sərt tənqid edirik" deyən politoloq hesab edir ki, bununla yanaşı, özümüzü Ermənistandan ötürülən dezinformasiya tələsindən qorumalıyıq: "Azərbaycan başqa dövlətlərin mübarizə poliqonu deyil və olmayacaq. Bunu İrandakı dairələr də anlayırlar, sadəcə iranlı "ekspertlər" də erməni qardaşlarıyla birləşərək ölkəmiz əleyhinə təxribatlarını davam etdirirlər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya