Saat:08:26
Haqqımızda

Ozon dəliyinin ölçüsü Antarktidanın sahəsindən böyük oldu

2021-09-16 16:19:00

Ozon dəliyinin ölçüsü Antarktidanın sahəsindən böyük oldu

Hurriyyet.az “Qardian” nəşrinə istinadən xəbər verir ki, Cənub qütbü üzərindəki ozon dəliyinin böyüklüyü son həftə ərzində Antarktida qitəsinin ölçüsünü keçib. Bu barədə məlumatı “Kopernik” (Copernicus) monitorinq xidmətinin mütəxəssisləri veriblər.

Antarktida üzərindəki ozon qatı hər il avqustdan oktyabra qədər nazikləşir, sentyabrın ortalarından oktyabrın ortalarına qədər müddətdə isə ozon dəliyi maksimal böyüklüyə çatır. Bu il ozon dəliyinin ölçüsü, 1979-cu ildən bəri qeydə alınan halların 75%-dən böyük olub. Ölçüdəki dəyişikliyin səbəbləri məlum deyil.

2020-ci il oktyabrın əvvəlində ozon dəliyi 24 milyonkvadrat kilometrə qədər böyümüşdü – bu, demək olar ki, bütün əvvəlki illərə nisbətən böyük rəqəmdir. 2021-ci ildə ozon dəliyinin ölçüsünün eyni ölçüdə qalacağı güman edilsə də, o artıq həmin ölçünü keçib və böyüməyə davam edir.

Ozon qatı planeti ultrabənövşəyi şüalardan müdafiə edir. Xloroflorokarbonlar kimi sintetik birləşmələrdən istifadə keçən əsrdə ozon dəliyinin yaranmasına səbəb olmuşdu. Xloroflorokarbonlar (CFC) 1928-ci ildən sonra istifadə olunan qazlı kimyəvi maddələrdir. Araşdırmalar onların yalnız əhalinin sağlamlığını deyil, ozon təbəqəsini də təhlükə altına aldığını göstərib. Buna görə istifadəsi qadağan edildi. Bu qadağadan sonra ozon qatı tədricən bərpa olunsa da, proses çox ləng gedir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR