"Özlərini həddən artıq gərəkli, əhəmiyyətli sayan bir sıra KİV rəhbərlərinin havası alınmalıdır"

2022-07-29 21:10:00

Hakimiyyət 2019-cu ildən bir proses başladıb. Buna avtoritetsizləşdirmə siyasəti demək olar. Qrup və region liderləri, 20 illik nazirlər, onların yan-yörələri sıradan və vəzifədən çıxarıldı. Avtoritet fiqurlar PA-dan, NK-dan, MM-dən, hüquq mühafizə orqanlarından təmizləndi.  Mənəm-mənəm deyən nüfuz, klan və rəy liderləri çıxdaş edildi. Özlərini hakimiyyət üçün əvəzedilməz, İlham Əliyev üçün vaz keçilməz sayanlar, axırda fələyin sayımına, kalkulyasiyasına boyun əyməkdən başqa yolun qalmadığını anladılar. İçlərindən müqavimət göstərmək istəyənlər oldu. Hazırda onların aqibəti hər kəsə yaxşı məlumdur.

Bu adamlar özlərini hakimiyyət ortaqları saymağa başlamışdılar. Deyirdilər, "biz olmasaq, İlham Əliyev iqtidarda qala bilməz". Düşünürdülər, bunlar olmasa, dövlət batar.

2020-ci ilin sentyab-noyabr aralığındakı reallıq isə başqa idi. 44 günlük müharibə dövründə İlham Əliyevin ortaya qoyduğu fəaliyyət gerçəyi ortaya çıxardı. Məlum oldu ki, həm dövlət başçısı kimi, həm orduya, hərbi əməliyyatlara rəhbərlik edən komutan kimi, həm ideoloq kimi bütün yük, məsuliyyət Prezident Əliyevin çiyinlərindədir. Və o, bu üç istiqamət üzrə siyasəti uğurla, heç bir ortağa ehtiyac duymadan icra edə bilir.

Eyni siyasət media sahəsində də aparılmalıdır. Özlərini həddən artıq gərəkli, əhəmiyyətli sayan bir sıra KİV rəhbərlərinin havası alınmalıdır. Düşünürlər, onlar olmasa, dövlətin, ölkənin informasiya siyasəti iflic vəziyyətə düşər. Halbuki, bunun belə olmadığını özləri də yaxşı bilir. Sabah bu mövzuda 1 il öncə tv-də etdiyim çıxışdan video-parça paylaşacam. O çıxışda İlham Əliyevin informasiya təhlükəsizliyi sahəsindəki fəaliyyətini qısa formada açmışam, ifadə etmişəm. Sabaha kimi...\\Pravda


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060643