Özbəkistanda Şuşaya həsr edilmiş poçt markası buraxıldı

Hurriyyet.az xəbər verir ki, Özbəkistanda Azərbaycanın Şuşa şəhərinə həsr edilmiş poçt markası buraxılıb.
Layihəni Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Şuşanın 2023-cü ildə Türk dünyasının paytaxtı olması seçilməsi münasibəti ilə reallaşdırıb.
“Qədim Azərbaycan şəhəri Şuşa – Türk dünyasının mədəniyyət paytaxtıdır” markasını həm ölkə daxilində, həm də xaricdə dövriyyəyə buraxmaq planlaşdırılır.
Markada Şuşa qalası, Azərbaycan bayrağı, Qarabağın təbiəti, milli musiqi alətləri, Şuşada doğulmuş tanınmış mədəniyyət xadimləri və Xarıbülbül çiçəyi əks olunub.
Poçt markası suvenir kimi Özbəkistan və Azərbaycan muzeylərinə, həmçinin, hər iki ölkədinin dövlət xadimlərinə, hökumət üzvlərinə veriləcək.
Hər iki ölkədə təqdimat mərasimləri keçiriləcək
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya