Saat:18:24
Haqqımızda

Özbəkistanda həbs olunan Şəmsi Səmədzadədən yeni xəbər

2025-01-23 11:38:54

Özbəkistanda həbs olunan Şəmsi Səmədzadədən yeni xəbər

Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı  Şəmsi Səmədzadə azadlığa buraxılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə gununsesi.info-nun əldə etdiyi məlumata görə, Səmədzadə bir neçə gün əvvəl azadlığa buraxılıb.

Saytın əməkdaşı ilə telefon söhbətində Şəmsi Səmədzadə həbsinin səbəbləri barədə danışmayıb.

“Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur” deyən Səmədzadə əlavə şərh verməkdən imtina edib.

Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.167373