Saat:03:29
Haqqımızda

Özbəkistanda etiraz aksiyaları başlayıb - FOTO

2022-07-01 22:22:00

Özbəkistanda etiraz aksiyaları başlayıb - FOTO

Özbəkistanın tərkibində olan Qaraqalpaqıstan Respublikasının sakinləri regionu mövcud suverenliyindən məhrum edəcək əlavə və dəyişikliklərə qarşı mitinqə çıxıblar. 

Ölkə konstitusiyasına edilən əlavə və dəyişikliklər bu etirazlara səbəb olub. Dəyişikliklərlə ölkənin əsas qanununun 70-75-ci maddələrinə edilən düzəlişlər regionunun suverenliyini və Özbəkistandan ayrılmaq hüququnu itirməsi ilə nəticələnir.

Xatırladaq ki, Qaraqalpaqıstanın suverenliyi haqqında bəyannamə 1990-cı ildə qəbul edilib. 

1993-cü ilin əvvəlində dövlətlərarası müqavilə imzalanıb və ona əsasən Qaraqalpaqıstan Respublikası Özbəkistan Respublikasının tərkibinə daxil olub.

Muxtariyyət ərazisi ölkə ərazisinin üçdə birindən çoxunu təşkil edir, lakin burada iki milyondan az insan yaşayır.

 

 

Haqqın.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR