Özbəkistanda ABŞ bazası olmayacaq-Daşkənddən REASKİYA

2021-10-14 14:18:00

Özbəkistanda ABŞ bazası olmayacaq-Daşkənddən REASKİYA

Vaşinqton Özbəkistana öz ərazilərində ABŞ antiterror bölmələrinin yerləşdirməyi təklif etmədi. Çünki bunun Özbəkistna qanun vericiliyinə zidd olduğunu bilir. Bu barədə Özbəkistanın Müdafiə Nazirliynin mətbuat xidmətindən Bəhram Zülfiqarov bildirib.

"Mənim məlumatıma görə, Özbəkistan ABŞ-dan öz ərazilərində antiterror qüvvələrini yerləşdirmək təklifi almayıb. Belə ki, bu bizim konstitusiya ilə qadağan edildiyinə görə, ABŞ sözügedən addımları planlaşdırmır", deyə Züıfiqarov bəyan edib.
Xatırladaq ki, 2021-ci il 10 iyun tarixində ABŞ müdafiə naziri Lloyd Ostin Əfqanıstanın sərhədində yerləşən ölkələrlə danışıqlar aparır. 12 iyunda isə Rusiya XİN başçısı Sergey Lavrov mətbuat konfransında bildirmişdi ki, Mərkəzi Asiya ölkələrindən heç biri öz ərazilərində ABŞ hərbi bazalarının peyda olmasını istəmir və "cavab zərbəsinə məruz qalmamaq üçün özünü ABŞ siyasətinin girovuna çevirmək istəmir". 
Ülviyyə, Hurriyyet.az