Özbəkistan XİN rəhbəri: Əfqanıstan Mərkəzi Asiyanın ayrılmaz hissəsidir
2024-09-26 11:48:10
Əfqanıstan Mərkəzi Asiyanın ayrılmaz hissəsidir. Bu sözləri Özbəkistan XİN rəhbəri işlədib.
“Təəssüf ki, beynəlxalq ictimaiyyət Əfqanıstandakı çətin vəziyyəti düzəldə biləcək tədbirlər görə bilməyib. Özbəkistan qonşusuna qarşı praqmatik siyasət aparır. Biz Əfqanıstanın iqtisadiyyatının bərpasına, onun nəqliyyat və enerji infrastrukturunun inkişafına töhfəmizi verməyə davam edəcəyik”, deyə Özbəkistanın xarici işlər naziri Saidov BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyasında çıxışı zamanı bildirib.
Ülviyyə, Hurriyyet.az