Özbəkistan “Qaz İttifaqı”nın həyata keçirilməsinə başlayıb

2023-03-03 13:27:00

Özbəkistan “Qaz İttifaqı”nın həyata keçirilməsinə başlayıb

Özbəkistan “Qaz İttifaqı”nın həyata keçirilməsinə başlayıb. Belə ki, “Uztransqaz” şirkəti Rusiyadan Özbəkistana qaz nəqlinin başlanması üçün infrastrukturu hazırlayır.
"Qazlı Magistral Qaz Kəmərləri İdarəsi tərəfindən daxili kommunikasiyalar və magistral qaz kəmərlərində lazımi quraşdırma işləri aparılır", deyə şirkətdən bildirilib. Aydınlaşdırılır ki, Rusiyadan gətirilən qazın ölkədaxili daşımaların həcmlərinə qarışmaması üçün infrastrukturun hazırlanması istiqamətində işlər aparılır.
Qazlı magistral qaz kəmərləri idarəsi respublikanın ən iri idarələrindən biridir, Özbəkistan ərazisində yerləşən Buxara-Ural və Orta Asiya-Mərkəz magistral qaz kəmərlərinin hissələrinə xidmət göstərir.
Yanvar ayında Özbəkistan və “Qazprom” Rusiya yanacağının Qazaxıstan və Özbəkistan ərazisindən sovet dövründə çəkilmiş Mərkəzi Asiya-Mərkəz qaz kəməri ilə tranzitini nəzərdə tutan plan imzalayıb. Eyni zamanda, tədarük şərtləri ilə bağlı saziş hələ qəbul edilməyib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.240759