Özbəkistan “Loçin” dronları istehsal edəcək
Hurriyyet.az “Qazeta.uz” portalına istinadla xəbər verir ki, Özbəkistanda “Loçin” (“Şahin”) PUA-nın kütləvi istehsalına başlanılıb. Bu barədə məlumatı Özbəkistanın Müdafiə Sənayesi Dövlət Komitəsinin Mətbuat Xidməti verib. Dronlardan həm hərbi, həm də mülki sahədə istifadə edilməsi nəzərdə tutulur. Açıqlamada bildirilir ki, Orta Asiyada ilk dəfə Özbəkistanda ikili – həm mülki, həm də hərbi – təyinatlı dronlar istehal ediləcək.
“Loçin” dronlarından həm kəşfiyyat, həm hücum, həm real zaman rejimində müşahidə, informasiya toplanması, artilleriya atəşinin idarəsi, kənd təsərrüfatı, neft-qaz sənayesi, dəmir yollarının idarəsi, geologiya və s. sahələrdə istifadə edilə bilər.
“Loçin” sözü özbək dilində də quş adıdır, Azərbaycan dilindəki “laçın” sözü kimi “qızılquş, şahin” mənasını bildirir.
Hürr Tərcüman