Özbəkistan fələstinlilərə yardım əlini uzadır
Özbəkistan fələstinlilərə yardım əlini uzadır. Belə ki, ölkə prezidenti Şavkat Mirziyoyev dünən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (LAS) Ər-Riyadda keçirilən fövqəladə sammitində çıxışı zamanı fələstinli uşaq və qadınları pulsuz müalicə etməyə hazır olduğunu bildirib.
"Biz müharibədən zərər çəkmiş fələstinli uşaq və qadınları Özbəkistandakı klinikalarda pulsuz müalicə etməyə hazır olduğumuzu bildiririk", deyə dövlət başçısı açıqlayıb.
Bundan əlavə, Şavkat Mirziyoyev gələn il Səmərqənddə keçiriləcək “Fars körfəzinin ərəb dövlətləri - Mərkəzi Asiya” sammitində Fələstin xalqına əməli yardım göstərilməsi məsələlərini müzakirə etmək niyyətindədir.
Özbəkistan lideri əlavə edib ki, qədim və zəngin tarixə malik Fələstin xalqının 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Əl-Qüds (Qüds) olan müstəqil və azad dövlət qurmaq hüququ var.
Ülviyyə, Hurriyyet.az