Ovusu "Qarabağ"da? - FOTO
2023-09-01 19:22:08

"Qarabağ"ın sabiq hücumçusu Kvabena Ovusu sosial şəbəkə hesabında yeni paylaşım edib.
26 yaşlı forvard İnstaqramda fotosunu paylaşaraq, "Diqqətini cəmlə. Heç kəsi dinləmə, sadəcə istədiyini et. Sənin üçün nə yazılıbsa, onu əldə edəcəksən" sözlərini yazıb.
"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Julio Romao isə onun bu paylaşımının şərh bölməsinə "Xoş gəlmisən" yazaraq "ürək" emojisindən istifadə edib.
Qeyd edək ki, Ovusu 2023-cü ilin dekabrında "Qarabağ"dan "Ferentsvaroş"a keçib. Qanalı futbolçunun Macarıstan təmsilçisi ilə 2025-ci ilin 30 iyununadək müqaviləsi var.
Offsideplus.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya