“Övladımın atası evlidir” – Müğənnidən şok etiraf!
2025-04-15 22:30:08
.jpg)
Müğənni Ülviyyə Namazova şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib.
Hurriyyet.az xəbər verir ki, o, “Rəngarəng” verilişində qonaq olarkən övladının atasının evli olduğunu etiraf edib:
“Mənim övladımın atası evlidir, bunu danmıram. Həyatda insan heç nəyi qınamamalıdır. Mən efirdə çıxıb ‘ərim, ərim’ demirəm, nə də kiməsə acıq vermirəm,” – deyə sənətçi bildirib.
Namazova qeyd edib ki, heç kəs onun nələr yaşadığını və hamiləlik dövründə hansı çətinliklərdən keçdiyini bilməz:
“Kənardan baxıb qınamaq çox asandır. Amma heç kim mənim hansı streslər yaşadığımı bilə bilməz.”
Səmimi açıqlamaları ilə diqqət çəkən müğənni münasibətlər və şəxsi həyatına dair danışarkən emosional anlar da yaşayıb.
