Saat:14:13
Haqqımızda

Ovannisyandan İRONİYA: “Biz təhlükəsizliyimizi “başqasından almağa” məcburuq, inciməyin əziz ruslar”

2023-01-28 20:37:00

Ovannisyandan İRONİYA: “Biz təhlükəsizliyimizi “başqasından almağa” məcburuq, inciməyin əziz ruslar”

“İrəvanla dünya güc mərkəzləri arasında münasibətləri müşahidə edərək belə nəticəyə gəlmək olar ki, Ermənistan tədricən Avropa İttifaqının dəstəyini almaqla “Rusiya mərkəzli” təhlükəsizlik sistemindən uzaqlaşır. Son bir neçə gündə baş verənlər müşahidələrimizi təsdiqlədi. Qərb getdikcə Ermənistana birmənalı mesajlar göndərir ki, bu da onların bizim “təhlükəsizlik” tərəfdaşımız olmaq istəyindən xəbər verir”.

Hurriyyet.Az xəbər verir ki, bu fikirlər erməni analitik Samvel Ovannisyanın məqaləsində yer alıb:

KTMT və Aİİ-dəki “tərəfdaşlarımız” bizim hazırkı vəziyyətimizi görməzdən gəldikləri halda, çox uzaq dövlətlər ərazimizə təşrif buyururlar. Yanvarın 24-də, yəni Aİ missiyasının Ermənistana göndərilməsi barədə qərar qəbul edilən gün Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bəyanatla çıxış etdi. O bildirdi ki, Aİ-nin Ermənistanda monitorinq missiyasının meydana çıxması qərbyönlü qüvvələrin İrəvanın xarici siyasət vektorunu dəyişmək və erməni xalqına problemlər yaratmaq istəyindən xəbər verir. Üstəlik, Zatulin, “Aİ müşahidəçiləri Ermənistanın daxili və xarici vektorunu dəyişmək istəsələr, biz buna qarşı mübarizə aparacağıq”, deyərək hədə dili ilə danışıb. Amma Ermənistanı Rusiyanın nə deməsi yox, daxildəki rusiyayönümlü qüvvələrin Kremlin tərəfini müdafiə etməsi qıcıqlandırır. Məsələn, “Ermənistan mahiyyətcə Aİ və NATO ilə həmrəy olduğunu açıq şəkildə göstərir. Amma belə bir missiya bizi xilas etməyəcək”, – deyən Hrant Mikaelyanın xəbərdarlığı narahatlıq doğurur”, – deyə erməni analitik vurğulayıb.

“Argişti Kiviryan Ermənistan hakimiyyətinin rusları regiondan qovmaq istədiyini bildirərək, erməni cəmiyyətinin Qərbə inteqrasiya etmək istəyən hissəsinin qəzəbinə tuş gəlib. Bu və digər personajların çıxışları onu göstərir ki, Moskva Ermənistanın Rusiyanın himayəsindən çıxmaq  istəyindən ciddi narahatdır. Sanki Ermənistanda Rusiya bazasının olması ölkəmizin ərazisinə hansısa müdaxilənin qarşısını alıb. Və sanki ermənilərin gözündə özünü nüfuzdan salan Rusiya deyil. Hərəkətsizliyi, qorxaqlığı, müttəfiqlik öhdəliklərini yerinə yetirməməsi buna səbəb olan amillərdir. Biz təhlükəsizliyimizi “başqasından almağa” məcburuq. Bizdən inciməyə dəyməz, əziz ruslar”, – deyə Ovannisyan fikirlərini tamamlayıb.

 

Mənbə: KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR