Saat:16:42
Haqqımızda

Oval Ofisdə növbəti qalmaqal - Trampın şok çıxışı Ramafozanı çətin vəziyyətə saldı + VİDEO

2025-05-22 13:04:43

Oval Ofisdə növbəti qalmaqal - Trampın şok çıxışı Ramafozanı çətin vəziyyətə saldı + VİDEO

ABŞ Prezidenti Donald Trump Ağ Evdə Cənubi Afrika Prezidenti Siril Ramafoza ilə keçirdiyi görüşdə “ağ fermerlərə qarşı soyqırım” iddialarını əsas gətirərək onu çətin vəziyyətə salıb.

Hurriyyet.az xəbər verir ki, Oval Ofisdə baş tutan görüş zamanı Tramp Ramafozaya göstərdiyi videolarda yüzlərlə məzar görüntüsünü nümayiş etdirib və “Bu dəhşətli mənzərədir. Belə bir şeyi əvvəllər görməmişdim. Bu insanlar hamısı qətlə yetirilib”, - deyib. Görüş zamanı Oval Ofisin işıqları söndürülərək, Güney Afrikalı rəsmilərin “ağ fermerlərə qarşı zorakılığı təşviq etdiyi” iddia edilən kliplər göstərilib.

Tramp jurnalistlərə açıqlamasında insanların təhlükəsizlik səbəbi ilə Cənubi Afrikadan qaçdığını, torpaqlarının əlindən alındığını və bəzən öldürüldüyünü bildirib.

Cənubi Afrika lideri isə iddiaları qəti şəkildə rədd edərək, göstərilən hadisələrin hökumət siyasəti olmadığını və çoxpartiyalı demokratik sistemdə azlıq partiyaların fikirlərindən ibarət olduğunu vurğulayıb.

“Cənubi Afrikada soyqırım yoxdur”, - deyə o, bildirib.

Tramp Ağ Evin rəsmi sosial media hesabından da bu görüntüləri “Cənubi Afrikadakı zülmün sübutu” olaraq paylaşaraq geniş rezonans yaradıb.

Həmçinin görüş zamanı əlindəki qəzet səhifələrini göstərən Tramp onların “ağ fermerlərin məzar yerləri” olduğunu iddia edib və “ölüm, ölüm” ifadələrini işlədib. O, həmçinin ABŞ-yə zülm gördüklərini düşünən çox sayda insanın gəldiyini və Cənubi Afrikanın da onlardan biri olduğunu bildirib

Azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.182757