Ötən gün həlak olan hərbçilər... - Fotolar

2022-12-15 10:13:00

Ötən gün həlak olan hərbçilər... - Fotolar

Xəbər verdiyimiz kimi, ötən gün – dekabrın 14-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əsgərli Aslan Əkbər oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Ötən gün, həmçinin DSX-nin Qubadlıda yerləşən N saylı hərbi hissəsinin hərbçisi, 2004-cü il təvəllüdlü, İmişlinin Aranlı kənd sakini Ələkbərli Miran Qamət oğlu ürəktutmasından vəfat etdib.

DSX-nin yaydığı məlumatda bildirilir ki, əsgər xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşib.

O, Zəngilan rayon Ağalı kənd xəstəxanasına çatdırılıb. Lakin həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, dekabrın 14-də, axşam Kəlbəcərdə təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçimiz minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, gizir Hümbətov Zöhrab Məmməd oğlu isə şəhid olub.

yeniavaz.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.200385