Saat:08:26
Haqqımızda

Ötən ay “ən isti yanvar” kimi qeydə alınıb

2024-02-08 15:10:52

Ötən ay “ən isti yanvar” kimi qeydə alınıb

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Avropa İttifaqının "Kopernik" peyk müşahidəsi sistemi ilə aparılan tədqiqatları nəticəsində ötən ayın dünyada indiyə qədər qeydə alınan "ən isti yanvar" olduğu açıqlanıb.
"Kopernik"dən verilən açıqlamaya görə, keçən ay havanın orta temperaturu 13,14 dərəcə olub.
Bu rəqəm yanvar ayı üçün 1991-2020-ci illərin orta göstəricisindən 0,70 dərəcə, 2020-ci ildə qeydə alınan, bundan əvvəlki ən isti yanvardan isə 0,12 dərəcə yuxarıdır.
Açıqlamada, son 8 ayın ardıcıl olaraq, qeydə alınan ən isti aylar olduğu və son 12 ayda (2023-cü ilin fevral - 2024-cü ilin yanvar ayı) qlobal orta temperaturun 1991-2020-ci illərin orta göstəricisindən 0,64 dərəcə yüksək olaraq ölçüldüyü bildirilib.
Bölgələr arasında fərqlər
Keçən ay Avropanın şimal və cənub bölgələrində havanın temperaturu fərqli olub. Temperatur Skandinaviya ölkələrində 1991-2020-ci illərin orta göstəricisindən xeyli aşağı, cənub ölkələrində isə həmin orta göstəricidən xeyli yuxarı olub.
Şərqi Kanadada, Şimal-Qərbi Afrikada, Yaxın Şərqdə və Mərkəzi Asiyada temperatur orta səviyyədən xeyli yuxarı, Qərbi Kanada, Mərkəzi Amerika və Şərqi Sibirdə isə orta səviyyədən aşağı olub.
Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Samanta Burgess: "Qlobal temperaturun yüksəlməsini dayandırmağın yeganə yolu - istixana qazlarının emissiyalarının sürətlə azaldılmasıdır", -  deyə xəbərdarlıq edilib.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.159330