ORUC TUTMAQ
2024-04-11 16:41:56
İslam yolun seçənlərə,
Göndərildin nemət oruc.
Pis huyundan keçənlərə,
Alın yazı, qismət oruc.
Mərhəmətdən toxum əkər,
Qəbul etməz qeybət oruc.
Hor gözlərə pərdə çəkər,
Yaradansan vəhdət oruc.
Haqq günündə kara gələn,
Tükənməyən sərvət oruc.
Ac-yalavac nəfsə qarşı,
Ruha verər cürət oruc.
Ədalətdən, dəyanətdən,
Qurar, tikər surət oruc.
Qılınan namaz-niyazla,
Tanrımıza beyət oruc.
ŞAMİL
