Orta məktəbin döşəməsi çökdü: şagirdlər təxliyə edildi
2025-06-11 17:26:11

Xaçmazda orta məktəbin döşəməsi çöküb.
Hurriyyet.az xəbər verir ki, hadisə rayonun Qobuqıraq kənd orta məktəbində siniflərdən birində baş verib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumatı təsdiq edib.
Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.
"Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür", - rəsmi açıqlamada bildirilir.
Modern.az
