Ordumuzun polkovnik-leytenantı vəfat etdi - Foto

2023-02-20 09:28:00

Ordumuzun polkovnik-leytenantı vəfat etdi - Foto

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Bundan başqa Azərbaycan ordusunun ehtiyatda olan polkovniki Şahin Şahbazov da vəfat edib. Bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, Ş.Şahbazov Birinci Qarabağ müharibəsində iştirak edib. O, uzun müddət hərbi hissə komandiri olub və artilleriya hərbi birləşmələrinin formalaşdırılmasında yaxından iştirak edib.

Allah rəhmət eləsin!

Fotoda Şahin Şahbazov

qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.167790