"Orda adam da ölə bilərdi" - Sərt ittiham
“Blogger mühitini də tərbiyyə etmək lazımdır”.
Bunu Yenisabah.az-a açıqlamasında psixoloq Gülər Məmmədova deyib.
O, rusiyalı bloger Hüseyn Həsənovun Bakıda keçirdiyi görüşdə kimin fanat kimi, kimin isə "iPhone" marağına görə yığışması mübahisəsinə rəy bildirib:
“Bu gün gəncləri qınayıb, fərqli söz söyləmək düz olmaz. İnsanların sıx toplaşdığı yerdə həmişə emosiyalar yüksələ bilər. Qapalı məkanda bu kimi halların baş verməsi qaçılmazdır. Odur ki, görüşdə bu cür hal baş verməsin deyə, tədbirlər görülməliydi”.
G.Məmmədova görüşün təşkilatçılarını qınayıb:
“Blogerə olan sevginin kökündə nə dayandığını deyə bilmərəm. Çünki həmin şəxsi tanımıram. Bu cür görüşlər düzgün təşkil edilsəydi, daha yaxşı olardı. Görüşün adı düzgün müəyyən edilməliydi. Blogerin niyyəti nə idi? Xaos yaratmaq, ya kütləni başına toplamaq. Ciddi konfliktlər ola, adam ölə bilərdi. Görüşün təşkilatçısı əvvəlcədən düşünməliydi ki, gənclər bu hala düşməsin. O yerdəki normal təşkilatçılıq yoxdur, belə hadisə qaçılmazdır.
Bloger mühitini də tərbiyə etmək lazımdır. Onun kökündə nə dayandığı açıqlanmalıdır. Görüşənlərin məqsədi araşdırılmalıdır. Bunu etsəydik, fikir yürütmək daha asan olardı”.
