Saat:16:44
Haqqımızda

Orbitdən düşən Starlink peyki görünüb...

2025-12-25 13:00:00

Orbitdən düşən Starlink peyki görünüb...

Hurriyyet.az xəbər verir ki, “Space”-in məlumatına görə, Vantor düşən Starlink peykinin fotosunu çəkib.

19 dekabrda Starlink peyklərindən birinin anomaliya ilə qarşılaşdığı və idarəetməni itirdiyi bildirilib. Daha sonra məlum olub ki, Space X zədələnmiş avadanlığın şəklini çəkmək üçün Vantor-a yaxınlaşıb. Vantor Elon Musk şirkətinin düşən peykini WorldView-3 peykindən istifadə edərək çəkə bilib.

"Komandamız Yerdən kənar görüntüləmə texnologiyamızın qabaqcıl imkanlarından istifadə edib", - deyə Ventor sözçüsü Todd Surday bildirib. Peyk zədələnmiş Starlink avadanlığını Alyaska üzərindən uçarkən təxminən 250 kilometr məsafədən çəkib.

SpaceX daha sonra düşən peykin Beynəlxalq Kosmik Stansiya (BKS) üçün heç bir təhlükə yaratmadığını vurğulayıb. Onun Yer atmosferinə daxil olub parçalanması gözlənilir.

Daha əvvəl tələbələr tərəfindən hazırlanmış CubeSat peyklərinin Aist-2T Yer məsafədən zondlama peykləri ilə birlikdə orbitə çıxarılacağı və iqlim dəyişikliyini izləyəcəyi açıqlanmışdı.

NURAY